...

Bakıda yükqaldırıcı qurğu aşıb, ölən və yaralanan var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 26 Aprel 2021 16:34 (UTC +04:00)
Bakıda yükqaldırıcı qurğu aşıb, ölən və yaralanan var (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Bakının Səbail rayonu ərazisində çoxmərtəbəli binanın tikintisində baş vermiş hadisə nəticəsində xəsarət alan bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. Məlumatda bildirilir ki, Səbail rayonunda baş verən hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı kliniki şəhər xəstəxanasına çatdırılıb.

XXX

16:02

Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb. Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb. Hadisə nəticəsində qurğuda olan fəhlələrdən bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti