...

Qəbələdə ağır yol qəzası - 3 ölü, 5 yaralı

Hadisə Materials 6 May 2021 13:49 (UTC +04:00)

Bakı. Trend:

Qəbələdə yol qəzası nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 5-də saat 16 radələrində Qəbələ rayonunun Savalan kəndi ərazisində Bum qəsəbə sakini T.Eyyubovun idarə etdiyi “Mercedes” və Göyçay rayon sakini Nəsib Yusifovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə N.Yusifov hadisə yerində, sərnişinlərindən Vilayət Yusifova, Dəniz Məmmədova xəstəxanada ölüb, digər 3 sərnişini, habelə T.Eyyubov və sərnişini xəstəxanaya yerləşdirilib.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti