...

Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)

Hadisə Materials 16 May 2021 11:10 (UTC +04:00)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən Trend-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib, həmçinin Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçasının asılı vəziyyətdə qalması ilə əlaqədar ərazidə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və daş parçası götürülərək təhlükə aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti