...

Ağcabədidə əməliyyat keçirilib, heroin və silah götürülüb (FOTO)

Hadisə Materials 14 İyun 2021 11:58 (UTC +04:00)
Ağcabədidə əməliyyat keçirilib, heroin və silah götürülüb (FOTO)

Bakı. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılarkən onun avtomovilindən silah da aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hacıyev idarə etdiyi avtomobillə birgə şəhər ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. Avtomobilə baxış keçirilən zaman 2 ədəd polietilen torbada təmiz çəkisi 100 qram olan heroin və 1 ədəd “Makarov” tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti