...

Samur-Abşeron kanalında bir nəfər batıb

Hadisə Materials 21 İyul 2021 13:21 (UTC +04:00)
Samur-Abşeron kanalında bir nəfər batıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.

Trend FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti