...

Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb (VİDEO)

Hadisə Materials 23 İyul 2021 18:27 (UTC +04:00)
Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb (VİDEO)

Bakı. Samir Əli - Trend:

Azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı cari ilin iyul ayı ərzində rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 7 ədəd avtomat, 1 ədəd pulemyot, 1 ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 30 ədəd müxtəlif növ mərmi və 4850 ədəd ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu əməliyyatlarda Minatəmizləmə Agentliyinin əməkdaşları da yaxından iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti