...

Kamçatkada 4,3 bal gücündə zəlzələ olub

Hadisə Materials 29 İyul 2021 04:21 (UTC +04:00)

Bakı. Trend:

Kamçatkada 4,3 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin yerli şöbəsinin saytında bildirilib.

"Zəlzələnin episentri Ust Kamçatsk yaşayış məntəqəsindən 186 kilometr məsafədə, ocağı 61 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir.

İtki və dağıntı olmayıb. Yaşayış məntəqələrinin sakinləri yeraltı təkanları hiss etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti