...

Xaçmazda beş, Salyanda bir otaqlı ev yanıb

Hadisə Materials 17 Avqust 2021 07:58 (UTC +04:00)
Xaçmazda beş, Salyanda bir otaqlı ev yanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Xaçmaz rayonunun Şıxlar kəndində ümumi sahəsi 100 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 88 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyan rayonunun Kür Qaraqaşlı kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti