...

Binəqədi rayonunda yaşayış binasında yanğın olub

Hadisə Materials 18 Avqust 2021 00:41 (UTC +04:00)
Binəqədi rayonunda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzildə ev əşyaları 8 m² sahədə və pəncərə çərçivəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti