...

Ağsuda dağlıq ərazidə yanğın hadisəsi baş verib

Hadisə Materials 22 Avqust 2021 19:16 (UTC +04:00)
Ağsuda dağlıq ərazidə yanğın hadisəsi baş verib

Bakı. Trend:

Ağsu rayonunun Suraxanı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə 10 ha sahədə kol-kos yanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti