...

ABŞ-da daşqın qurbanlarının sayı 22 nəfərə yüksəldi

Hadisə Materials 23 Avqust 2021 04:33 (UTC +04:00)
ABŞ-da daşqın qurbanlarının sayı 22 nəfərə yüksəldi

Bakı. Trend:

ABŞ-ın Hamfris bölgəsində baş verən daşqın nəticəsində ölənlərin sayı 22 nəfərə qalxıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 40-dan çox adam itkin düşüb.

Axtarışlar davam etdirilir.

Hamfris bölgəsi Tennessi ştatının paytaxtı Neşvil şəhərindən təxminən 100 km məsafədə yerləşir. Təbii fəlakət yolların bağlanmasına, kommunikasiyaların pozulmasına və əlaqələrin kəsilməsinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti