...

Cəlilabadda yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri aşkarlanıb

Hadisə Materials 3 Sentyabr 2021 16:18 (UTC +04:00)
Cəlilabadda yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri aşkarlanıb

Bakı. Trend:

Cəlilabad rayon sakinləri E.Xammədov və İ.Əzizov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və onlara tətbiq edilən qaydalara riayət etmələri, yaşayış yerini tərk etməmələri tapşırılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq və xəstəliyin digər insanlara yoluxmasına real təhlükə yaradaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən edilib və onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Faktlarla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti