...

İsmayıllıda dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanır - FHN (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 3 Sentyabr 2021 19:17 (UTC +04:00)
İsmayıllıda dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanır - FHN (ƏLAVƏ OLUNUB)

Bakı. Çingiz Səfərli - Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonu, Keyvəndi kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanır.

***

18:10

Bu gün axşam saatlarında İsmayıllı rayon Keyvəndi bələdiyyəsinə məxsus örüş sahəsində baş verən yanğın sonradan meşəyə keçib.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib ki, hazırda bütün qüvvələr və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti