...

Sudanda mikroavtobus qəzaya uğrayıb: 8 ölü, 13 yaralı

Hadisə Materials 13 Sentyabr 2021 08:08 (UTC +04:00)
Sudanda mikroavtobus qəzaya uğrayıb: 8 ölü, 13 yaralı

Bakı. Trend:

Sudanın Əl-Cəzirə əyalətində mikroavtobus yük maşını ilə toqquşub.

Trend-in "Sinxua"a istinadən verdiyi məlumata görə, Əl-Kamini şəhəri yaxınlığında baş verən qəza nəticəsində 8 nəfər həlak olub, 13 nəfər isə xəsarət alıb.

İlkin məlumata əsasən, qəzaya səbəb sürət həddinə əməl edilməməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti