...

İmişlidə qətl hadisəsi törədilib (FOTO)

Hadisə Materials 18 Sentyabr 2021 16:57 (UTC +04:00)
İmişlidə qətl hadisəsi törədilib (FOTO)

Bakı. Trend:

İmişli rayonunun Çaxırlı kənd sakini öz qohumunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Trend xəbər verir ki, kənd sakini, 1993-cü il təvəllüdlü Mürsəlov Azad Adil oğlu aralarında yaranan mübahisə zamanı qohumu, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Naqil oğluna çoxsaylı bıçaq zərbəsi endirərək onu öldürüb.

Hadisəni törədən Azad Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti