Bakı. Trend:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 14 halda yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində FHN-in qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 14 nəfər, o cümlədən Bakı şəhərinin Binəqədi rayonunun Səttar Bəhlulzadə küçəsi 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhd edən altı nəfər bina sakini və Şirvan şəhərində sürüşərək su kanalına düşən bir nəfər xilas edilib, yanğın zamanı bir nəfər xəsarət alıb. Həmçinin Bakı şəhərinin Yasamal rayonunda 1956-cı il təvəllüdlü Vataqin Vladimir Alekseyeviçin cəsədi mənzildə bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.