...

Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 16 Oktyabr 2021 08:51 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzilin yanar konstruksiyaları 40 m² sahədə və bitişik, ümumi sahəsi 10 m² olan mağazanın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti