...

Bakıda “Gelandewagen” YPX avtomobilinə çırpıldı, polis xəsarət aldı (VİDEO)

Hadisə Materials 26 Oktyabr 2021 09:47 (UTC +04:00)
Bakıda “Gelandewagen” YPX avtomobilinə çırpıldı, polis xəsarət aldı (VİDEO)

Bakı. Samir Əli - Trend:

Bakıda baş verən yol qəzasında yol polisi xəsarət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Trend-ə bildirib ki, hadisə gecə saatlarında paytaxtın Xətai rayonunda baş verib. Hərəkətdə olan "Gelandewagen" markalı avtomobil yolda xidmətdə olan Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə məxsus avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan polis əməkdaşı xəsarət alıb.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti