...

Həftə sonu yol qəzalarında 3 nəfər ölüb

Hadisə Materials 8 Noyabr 2021 12:15 (UTC +04:00)
Həftə sonu yol qəzalarında 3 nəfər ölüb

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində - noyabrın 6-da və 7-də törədilmiş 65 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 50 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti