...

Ucarda evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 9 Noyabr 2021 17:02 (UTC +04:00)
Ucarda evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri oğurluq əməlini törədən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş İlkin Məmmədov saxlanılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, İ.Məmmədov rayon ərazisində yerləşən bir fərdi yaşayış evindən 2900 manat dəyərində məişət əşyaları və naqil, digər evdən isə 3 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, xalça, su mühərriki və samovar oğurlayıb.

Həmin şəxs saxlanılan zaman isə onun idarə etdiyi “VAZ-2101” markalı avtomobildən bir ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələr də iştirakının olub-olmaması araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti