...

İranda zəlzələ nəticəsində yaralananların sayı 70-ə çatıb (YENİLƏNİB)

Hadisə Materials 14 Noyabr 2021 23:41 (UTC +04:00)

Bakı. Trend:

İranın cənubunda yerləşən Hörmüzqan vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 70 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər bildirib.

C.Miadfər qeyd edib: "Bəndər Abbas şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 70 nəfərə çatıb".

Onun sözlərinə görə, 22 nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər ölüb.

XXX

20:24

İranın cənubunda baş verən zəlzələ nəticəsində azı 1 nəfər həyatını itirib, 27 nəfər xəsarət alıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər verib.

Bildirilir ki, yeraltı təkanlar bir neçə dəfə təkrarlanıb, onların gücü 6,1 - 6,5 bal arasında dəyişib.

XXX

16:59

İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Qeşm rayonunun Laft şəhəri yaxınlığında 6,4 bal gücündə baş verib.

Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 15:36-da 18 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti