...

Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 27 Noyabr 2021 12:30 (UTC +04:00)
Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanılıb (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat zamanı onlayn yolla sosial şəbəkələrdə narkotik vasitələrin satışını həyata keçirən Ramana qəsəbəsində yaşayan Məhəddin Fərəcov saxlanılıb. Onun üzərindən və Bakı-Quba yolunun 14-cü kilometrliyində gizlətdiyi ümumi çəkisi 945 qram olan heroin, 22 qram metamfetamin və 521 ədəd satışı qadağan edilən psixotrop tərkibli metadon həbi aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Məhəddin Fərəcov ölkə ərazisinə xaricdəki narkotacirlər tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək satmaq məqsədi ilə Bakı şəhərinə gətirib.

Qeyd olunan faktla bağlı və narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti