...

Goranboyda evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Hadisə Materials 4 Dekabr 2021 11:48 (UTC +04:00)
Goranboyda evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Bakı. Trend:

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Rəhimli kənd sakini Tural Kazımov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Fakla bağlı RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti