...

Tovuzda iki qardaş bıçaqlanıb, biri ölüb

Hadisə Materials 9 Dekabr 2021 09:50 (UTC +04:00)
Tovuzda iki qardaş bıçaqlanıb, biri ölüb

Bakı. Samir Əli - Trend:

Tovuzda iki qardaş bıçaqlanıb.

Tovuz rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 8-i saat 13 radələrində Tovuz rayonu, İbrahimhacılı kəndi ərazisində kənd sakinləri –Ənvər Alırzayevin öldürülməsi, qardaşı Fərman Alırzayevə isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1981-ci il təvəllüdlü Maksim Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi 1964-cü il təvəllüdlü Ənvər Alırzayevə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı 1960-cı il təvəllüdlü Fərman Alırzayevə isə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Maksim Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti