...

Saatlıda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb

Hadisə Materials 13 Yanvar 2022 15:33 (UTC +04:00)
Saatlıda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb

Bakı. Fərid Zöhrabov - Trend:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı rayon sakini İ.Ağaliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti