...

Bakıda məcburi köçkünlərin yaşadığı tikililər yanıb

Hadisə 21 Yanvar 2022 08:46
Bakıda məcburi köçkünlərin yaşadığı tikililər yanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda, fəaliyyət göstərməyən uşaq bağçasının ərazisində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət bir-birinə bitişik özbaşına tikililər 140 m² sahədə (məcburi köçkünlərin yaşadığı) yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınaraq, bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti