...

Şirvan şəhərində xeyli sayda silah-sursat aşkarlanıb

Hadisə Materials 31 Yanvar 2022 10:46 (UTC +04:00)
Şirvan şəhərində xeyli sayda silah-sursat aşkarlanıb

Bakı. Trend:

Şirvan şəhərində silah-sursat aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən məişət tullantıları yığılan ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd olunan ərazidən 6 ədəd üzərində partladıcısı olmayan RQD-5 əl qumbarası, 7 ədəd minamyot mərmisi, 4 ədəd top mərmisi, 2 ədəd 30 mm-lik boş giliz və 2 ədəd döyüş başlığı aşkar olunub.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti