...

Gəncə və Füzulidə birmərtəbəli ev yanıb

Hadisə Materials 3 Fevral 2022 08:55 (UTC +04:00)
Gəncə və Füzulidə birmərtəbəli ev yanıb

Bakı. Trend:

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 147 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının (kafe kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və dam örtüyü 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın eyanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Eyni zamanda Füzuli rayonunun Üçüncü Zobucuq qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 34 m² sahədə və dam örtüyü 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti