...

Sumqayıtda maşın, Ağdamda isə mağaza yanıb

Hadisə Materials 5 Fevral 2022 09:20 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıt şəhərinin Corat qəsəbəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdam rayonunun Təzəkənd kəndində isə ümumi sahəsi 100 m² olan birmərtəbəli ərzaq mağazasının tavanı 40 m² sahədə, içərisində 3 ədəd soyuducu və 3 m² sahəyə yığılan mallar yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti