...

Əfqanıstanda terror aktı nəticəsində ölən və yaralılar var

Hadisə Materials 12 Fevral 2022 08:57 (UTC +04:00)
Əfqanıstanda terror aktı nəticəsində ölən və yaralılar var

Bakı. Trend:

Əfqanıstanın qərbində yerləşən Badqis əyalətində məscidin qarşısında partlayıcı qurğunun işə düşməsi nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə əyalətin səhiyyə idarəsinin başçısı Məhəmməd Asif Qanet bildirib.

Rəsmi əlavə edib ki, yaralananlar arasında dörd uşaq da var.

Badqis əyalətinin İnformasiya və Mədəniyyət departamentinin rəhbəri Baz Mohammad Sarwari partlayış xəbərini təsdiqləyib.

Onun sözlərinə görə, teraktı törətməkdə şübhəli bilinən 10 nəfər həbs edilib, lakin heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti