...

Manaf Ağayev saxlanılıb

Hadisə Materials 17 Fevral 2022 22:01 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün saxlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verib.

Məlumatda bildirirki, M.Ağayevin işğaldan azad olunana ərazilərə qanunsuz səfər etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videodan sonra araşdırma aparılıb.

"Manaf Ağayevin Bakıda olduğu müəyyən olunub, onlar polis idarəsinə dəvət edildi. Araşdırma zamanı müəyyən olundu ki, onlar qanunsuz yollarla, icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə keçiblər. Ona görə də saxlanılıblar, barələrində araşdırma aparılır. Nəticəsindən asılı olaraq qərar qəbul olunacaq",-məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti