...

Beyləqanda icra başçısı və onun müavininin sürücüləri zəncirvari qəza törədib (FOTO)

Hadisə Materials 18 Fevral 2022 19:50 (UTC +04:00)
Beyləqanda icra başçısı və onun müavininin sürücüləri zəncirvari qəza törədib (FOTO)

Bakı. Trend:

Beyləqan rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, İcra Hakimiyyətinin Aparatının başçısı və onun müavininə məxsus avtomobilin sürücüləri xidməti avtomobil ilə ötmə əməliyyatı edərkən iki maşına dəydikdən sonra hasara çırpılaraq alışıb.

Hadisə Beyləqan rayon mərkəzi küçəsində baş verib. Belə ki, hərəkətdə olan 11-AA-055 dövlət nömrə nişanlı, "Nissan" markalı minik maşını öncə "VAZ-2107" markalı avtomobilə, sonra isə "Nissan Sunny" markalı maşına çırpılıb. Qəza nəticəsində hər iki sürücü müxtəlif bədən xəsarətləri alıb.

Qeyd edək ki, qəzada iştirak edən 11-AA-055 nömrəli avtomaşın Beyləqan rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Yeganə Məmmədovanın xidməti maşınıdır. Qəza zamanı müavin xidməti maşınında olmasa da, onun sürücü işləyən qardaşı Elnur Məmmədov və qardaşı Yaqub Məmmədov, eləcə də rayon icra hakimiyyəti başçısının sürücüsü avtomobildə olub.

Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti