...

Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb

Hadisə Materials 26 Fevral 2022 08:47 (UTC +04:00)
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb

Bakı. Trend:

Sabirabad rayon sakini F.Abbasova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Sabirabad RPŞ-də araşdırmalar aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti