...

Ağcabədidə "Mercedes" 2 avtomobillə toqquşub, xəsarət alan var

Hadisə Materials 27 Fevral 2022 16:11 (UTC +04:00)
Ağcabədidə "Mercedes" 2 avtomobillə toqquşub, xəsarət alan var

Bakı. Trend:

Ağcabədidə idarəetməni itirən sürücü yol kənarında dayanan iki minik maşınına və marketə çırpılıb.Hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Trend-in yerli bürosunu verdiyi məlumata görə, yüksək sürətin səbəb olduğu qəzada bir nəfər xəsarət alıb. Lakin yol kənarında duran və sürətlə hərəkət edən "Mersedes-benz" tərəfindən vurulan "VAZ-011" və "VAZ-2107" markalı minik maşınlarına, həmçinin marketə ciddi zərər dəyib.

Qəza törədən şəxs, mersedesin sürücüsü müxtəlif bədən xəsarətləri aldığı üçün xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başladılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti