...

Norveçdə hərbi təlim zamanı təyyarə qəzaya uğrayıb

Hadisə Materials 19 Mart 2022 02:53 (UTC +04:00)
Norveçdə hərbi təlim zamanı təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

ABŞ-ın "V-22 Osprey" konvertoplanı Norveçdə beynəlxalq "Cold Response" hərbi təlim zamanı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə "NRK" televiziya kanalı xilasedicilərə istinadən bildirib.

Məlumata əsasən, göyərtəsində 4 nəfərin olduğu təyyarə Nurlann quberniyasının Budö şəhərindən təlim uçuşu həyata keçirib. Plana görə, o, yerli vaxtla saat 18:00 radələrində yerə enməli idi. Təxminən üç saat sonra xilasetmə qrupu qəza yerini şəhərdən cənub istiqamətində tapıb.

Hazırda təyyarənin ekipajının taleyi ilə bağlı məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti