...

Bakıda yanan mənzildə kişi meyiti aşkar edilib

Hadisə Materials 23 Mart 2022 01:38 (UTC +04:00)
Bakıda yanan mənzildə kişi meyiti aşkar edilib

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı mənzildən kişi meyiti aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın binanın beşinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzildə baş verib.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1960-cı il təvəllüdlü Abbasov Nadir Ağadadaş oğlunun (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti