...

Saatlıda narkotacir həbs olunub

Hadisə Materials 6 Aprel 2022 17:08 (UTC +04:00)
Saatlıda narkotacir həbs olunub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İsməli Fərəcov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı narkotik vasitələrin satışından əldə etdiyi pullar, eləcə də idarə etdiyi nəqliyyat vasitəsindən narkotik maddə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti