...

Bakıda narkotacir 14 il müddətinə azadlıqdan məhrum edilib

Hadisə Materials 22 Aprel 2022 15:38 (UTC +04:00)
Bakıda narkotacir 14 il müddətinə azadlıqdan məhrum edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İsmayıl Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İsmayıl Qədirov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il Qaradağ rayonu ərazisində paytaxt sakini İsmayıl Qədirov avtomobili ilə birlikdə saxlanılarkən onun üzərindən 12 qram, idarə etdiyi avtomobildən isə 4 kiloqram heroin aşkar edilib.

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü( külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti