...

Meksikada "Mi-17" helikopteri qəzaya uğrayıb

Hadisə Materials 27 Aprel 2022 04:53 (UTC +04:00)
Meksikada "Mi-17" helikopteri qəzaya uğrayıb

Bakı. Trend:

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus "Mi-17" helikopteri ölkənin Sinaloa ştatında qəzaya uğrayıb. Hadisə Masatlan Beynəlxalq Hava Limanında baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrindən bildiriblər.

Məlumata əsasən, helikopterin göyərtəsində beş hərbi qulluqçu olub, onlar həyat üçün təhlükə olmayan xəsarət alıblar.

Təyyarə ölkənin şimalındakı Sonora ştatında meşə yanğınlarının söndürülməsində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti