...

15 gün əvvəl Zaqatalada itkin düşən hindistanlı turist hələ də tapılmayıb

Hadisə Materials 31 May 2022 10:55 (UTC +04:00)
15 gün əvvəl Zaqatalada itkin düşən hindistanlı turist hələ də tapılmayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Zaqatalada dağlıq ərazidə itkin düşən Hindistan vətəndaşının axtarışları davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Trend-in sorğusuna cavab olarq bildirib ki, turist kimi ölkəmizə səyahət edən və Zaqatalada çətin relyefə malik dağlıq ərazidə itkin düşən 29 yaşlı Hindistan Respublikası vətəndaşının axtarışları hələ ki, müsbət nəticə verməyib. Onun axtarışları davam edir.

M.Məsimov bildirib ki, Daxili İşlər Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət qruplar axtarışlara cəlb olunub.

Onun tapılması istiqamətində bütün zəruri tədbirlər görülür.

Qeyd edək ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti