...

Mərcinin içində cəzaçəkmə müəssisəsinə "patı" keçirməyə cəhd edildi (FOTO)

Hadisə Materials 14 İyun 2022 14:43 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.1-ci; 234.4.3-cü; 317-2.1-ci; 317-2.2-ci; 66.3-cü və 67.1-ci maddələri ilə təqsirli bilinərək iki il altı ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Pərvin Xanməd oğlu Həşimov ilə qısamüddətli görüşə gəlmiş qohumu Ucar rayon sakini Mehman Əmiraslan oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı oradakı sellofan paketdəki mərcinin içərisində səpilərək xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,557 qram olan narkotik maddə heroin və digər sellofan paketdəki düyünün içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,046 qram olan psixotrop maddə metamfetamin aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti