Ağdam. Trend:
Ağdamda market yanaraq külə dönüb.
Trend-in yerli bürosunun məlumatına görə, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb. Kənd sakini Şahmarov Ramil Əhliman oğluna məxsus mağaza içindəki ərzaqlarla və avadanlıqla birgə yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürən bölməsi çağrılıb. Yanğınsöndürənlər baş verən yanğını söndürərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılı