Bakı. Trend:
Bakıda metro qatarında problem yaranıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, "İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının işarəvermə sistemi işə düşüb.
"Maşinist təlimat tələbinə uyğun olaraq, sərnişinləri "Sahil" stansiyasında düşürüb və yoluna davam edib. Qatarda hər hansısa problem müşahidə olunmasa da, təkrar yoxlama üçün qatar xətdən çıxarılıb. Əvəzinə qatar verilib. Bu səbəbdən Nəriman Nərimanov-Həzi Aslanov istiqamətində bir marşrut üzrə intervaldan əlavə 2 dəqiqə fərq yaranıb", - B.Məmmədov deyib.