...

Keçmiş kürəkənini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Hadisə Materials 1 İyul 2022 10:18 (UTC +04:00)
Keçmiş kürəkənini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. Trend:

Xəbər verildiyi kimi, 25 aprel 2022-ci il tarixdə Salyan rayonu, Təzəkənd kənd sakini 1985-ci il təvəllüdlü Faiq Məlikovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Salyan rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Salyan rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış istintaqla, 1952-ci il təvəllüdlü Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlikağa Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti