...

Bərdə rayonunda ev yanıb (FOTO)

Hadisə Materials 5 İyul 2022 16:40 (UTC +04:00)
Bərdə rayonunda ev yanıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend;

Bərdə rayonunda ev yanıb.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə rayonun Mahir Cəfərov küçəsi ev 3 ünvanında qeydə alınıb.

Belə ki, Bağırova Sürəyya Saleh qızına məxsus 1 mərtəbədən ibarət 5 otaqlı ev əşyaları ilə birlikdə yanaraq kül olub. Hadisə zamanı evdə heç kim olmayıb. Ev sahibinə 40 min manatdan çox ziyan dəyib. Tikili yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin hansı səbəbdən yandığı bilnmir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti