Bakı. Trend:
Cəlilabad şəhərində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəlilabad şəhərində ümumi sahəsi 64 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;