...

Sumqayıtda iki nəfəri bıçaqlayıb qaçan şəxs saxlanılıb

Hadisə Materials 22 İyul 2022 10:31 (UTC +04:00)
Sumqayıtda iki nəfəri bıçaqlayıb qaçan şəxs saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə iyulun 20-də Abşeron rayon sakinləri O.Cəbrayılova və K.Mirzəyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla münaqişə zəminində onlara bıçaqla xəsarət yetirən şəxsin “Ford” markalı avtomobillə hadisə yerini tərk etməsi məlum olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Rəcəbov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti