Bakı. Trend:
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, partlayış dalğasının təsirindən evin ön divarı uçub. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.