...

Füzulidə mağaza yanıb

Hadisə Materials 28 İyul 2022 23:57 (UTC +04:00)
Füzulidə mağaza yanıb

Bakı. Trend:

Füzuli rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Əhmədbəyli kəndində ümumi sahəsi 300 m² olan kafenin yanar konstruksiyaları və içərisindəki əşyalar 48 m² sahədə, yaxınlıqda ümumi sahəsi 72 m² olan birmərtəbəli mağazanın dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Yüksək temperaturdan mağazanın xarici divarına quraşdırılan kondisioner qismən əriyib. Kafenin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti