...

Xırdalanda yaşayış binasında partlayış olub (VİDEO)

Hadisə Materials 3 Avqust 2022 22:24 (UTC +04:00)
Xırdalanda yaşayış binasında partlayış olub (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti